Maide.az

Bakının bu qəsəbəsində suyun verilməsi məhdudlaşdırılacaq

Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.   Maide.Az bildirir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.