Maide.az

Bakının bu hissəsində su olmayacaq

“Azərsu” ASC vətəndaşlara xəbərdarlıq edib.    Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 3 mart axşam saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.