Maide.az

Bakının bir hissəsində su problemi yaranacaq

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək. Maide.Az  xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda deyilir. Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək. “Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” - deyə məlumatda qeyd olunub.