Bakının bəzi küçələrində su olmayacaq
Bu gün Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Maide.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilir ki, bu, magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.