Maide.az

Bakının bəzi ərazilərində su olmayacaq

Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.     "Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.