Maide.az

Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Bu gün Bakının bəzi rayonlarında qaz təchizatı dayandırılacaq.   “APA-Economics”in “AZəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, saat 11:00-dan 13:00-dək Qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin qaz təchizatı dayandırılacaq.   Saat 11:00-dan sazlama işləri ilə bağlı Xəzər rayonu, Binə, Qala qəsəbələrində, Qaradağ rayonu, Ələt qəsəbəsində də bir qrup sakinin qaz təchizatı dayandırılacaq.