Maide.az

Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək

Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün Bakının Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Maide.Az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.   Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.