Maide.az

`Bakmil` stansiyasına giriş-çıxış məhdudlaşdırılır

"Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.   Maide.Az "Bakı Metropoliteni" QSC-yə istinadla bildirir ki, sərnişinlər 8:20-dən 17:00-dək stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.   Bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.   Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.   "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.