Maide.az

Bakı metrosunda naməlum kişi özünü qatarın altına ataraq intihar edib

Bakı metrosunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.   40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.   Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.   Faktla bağlı araşdırma aparılır.