Maide.az

Bakı metrosunda kondisioner olacaq

Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinləri yeniliklər gözləyir. Maide.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Lent.az- bildirib ki, yeni metrostansiyalar üçün alınacaq qatarlarda havalandırma sistemi olacaq.   Metropoliten sözçüsü qeyd edib ki, Bakının metrostansiyalarında hazırkı qatarlarda kondisonerlərin quraşdırılması qeyri-mümkündür: “Tunellerdə havalandırma sistemi mövcuddur. Amma hazırda istifadə edilən qatarlarda isə istehsalçı zavod tərəfindən kondisonerlər quraşdırılmayıb”.   N. Paşayev vurğulayıb ki, metropoliten gələcəkdə vaqon parkı yenilənəcək: “Bundan sonra isə ölkəmizə yeni vaqon qatarlar gətiriləcək. Həmin vaqonlarda kondisonerlər sistemi də olacaq”.   Qeyd edək ki, vətəndaşların metro ilə bağlı daha çox narazılıq etdiyi məsələ qatarlarda havalandırma sisteminin olmamasıdır.