Maide.az

Bakı metrosu dezinfeksiya ediləcək

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.   Bunu Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.   Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".   B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.