Bakı məktəbində kütləvi dava
Bakıda orta məktəblərdən birində kütləvi dava hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Əliyev də 11-ci sinif şagirdidir./