Maide.az

Bakıda zovodda PARTLAYIŞ: 5 yaralı, cinayət işi açılıb - YENİLƏNİB

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.   Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.   Qeyd edək ki, ötən gün axşam “Baku Steel Company” MMC-in partlayış baş verib. Nəticədə zavodun işçiləri - 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət alıb.   Yaralılar xəstəxanaya yerləşdiriliblər. (APA)     *** Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib. “Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.   Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.   Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.   Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.   Faktla bağlı araşdırma aparılır.