Maide.az

Bakıda yumurta da BAHALAŞDI

Son günlər dolların məzənnəsinin manatla müqayisədə dayanmadan qalxması prosesi Azərbaycanın ərzaq bazarına öz təsini göstərməkdədir. Son bir həftədə heyvandarlıq məhsullarının qiymətlərində 50 qəpik -1 manat bahalaşma müşahidə edilir.   Bahalaşan məhsulların sırasına yumurta da əlavə olunub.    Belə ki, marketlərdə dünənə kimi 15-16 qəpiyə satılan yerli quşçuluq müəssisələrinin istehsalı olan yumurtalar indi 18-22 qəpiyə təklif olunur.(faktxeber)