Maide.az

Bakıda yol çöküb

Bakının Şeyx Şamil küçəsində "İçərişəhər" metrostansiyası yaxınlığındakı avtobus dayanacağının qarşısında yol çöküb.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti şöbəyə məlumat verilib:   "Əməkdaşlarımız əraziyə baxış keçirib, problemin nədən qaynaqlandığını aydınlaşdıraraq onu qısa müddətdə aradan qaldıracaqlar".