Maide.az

Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub

Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.   “Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.   Qəza nəticəsində xəsarət alanların siyahısı:   1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov 1964-cü il təvəllüdlü Rəhim Səlimov 1966-cı il təvəllüdlü Ulduz Sultanova 1970-ci il təvəllüdlü Xuraman Məmmədova 1975-ci il təvəllüdlü Ağayev İlqar 1980-ci il təvəllüdlü Ramiz Məmmədov 1982-ci il təvəllüdlü Aytəkin Məmmədova 1982-ci il təvəllüdlü Vadim Mütəllibov 1983-cü il təvəllüdlü Atayev Elnur 1996-cı il təvəllüdlü Tapdıq İsmayılov Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.