Maide.az

Bakıda yanğın olub, ölənlər var

Bakıda yanğın olub, ölənlər var.   FHN-dən "Report"a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.    Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.   Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.