Maide.az

Bakıda yaşayış evində partlayış olub

Bakıda yaşayış evində partlayış olub.   APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon, A. Məhərrəmov küçəsi 4 /66 ünvanında qeydə alınıb.   Həmin ünvanda yerləşən mənzillərdən birində baş verən partlayış nəticəsində orada yaşayan, 27 yaşlı Orxan Yasin oğlu Məmmədzadə xəsarətlə xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.