Maide.az

Bakıda yaşayış binasında yanğının söndürülməsinə 10-dan artıq maşın cəlb olunub - VİDEO - YENİLƏNİB

  (ilk xəbər  bu gün 09:24-də dərc olunmuşdur)    Bakıda yaşayış binasında yanğın davam edir.   Maide.Az bildirir ki, APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.   Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.   Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.   Sakinlər binadan təxliyə olunub.   *** Bakıda yaşayış binasında yanğın başlayıb.   Maide.Az bildirir ki, APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.   Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.   Alovun qarşısının alınması üçün tədbirlər görülür.