Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü
Bakıda Tələt Şıxəliyev küçəsindəki 16 mərtəbəli yaşayış binasında başlayan yanğın artıq söndürülüb. Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi mənzilə qalxıblar. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. FHN əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. FHN xilasedicilərindən birinin halı pisləşib, ona tibbi yardım göstərilib. İlkin ehtimala görə, o, qatı tüstüdən zəhərlənib. Hazırda vəziyəti normaldır. /