Maide.az

Bakıda XİN başçılarının dördtərəfli görüşü keçiriləcək

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.   Maide.Az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.   Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.   İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.