Maide.az

Bakıda xəstəxanada faciə - Ana və bətnindəki körpə öldü

Azərbaycanda daha bir doğuş faciəsi baş verib.    Maide.Az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib. 33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb.   Faktla bağlı araşdırmalara başlanılıb.