Maide.az

Bakıda xəstəxanada faciə: 46 yaşlı kişi özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.   Maide.Az bildirir ki, Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.