Maide.az

Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək

Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu üzrə görüş keçiriləcək.   Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.   O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq: “Eyni zamanda, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq.   Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq”. (apa)