Maide.az

Bakıda xəstəxanada intihar baş verib

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.   64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.   Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.   Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.   Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. /