Maide.az

Bakıda V Beynəlxalq Qarabağ Forumu keçirilib

Bakıda V Beynəlxalq Qarabağ Forumu keçirilib.   Qarabağ Azadlıq Təşkilatından (QAT) Maide.Az -a daxil olan məlumata görə, bu gün səhər öz işinə başan layforumda Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.   Toplantıda təşkilati məsələlər, Forumun Koordinasiya Şurasının və koordinatorlar qrupunun seçilməsi, Qarabağla bağlı aktual məsələlər, o cümlədən Qarabağ heyətlərinin təbliğində KİV-lərin rolu və digər məsələlər müzakirə olunaraq, 8 maddəlik qətnamə qəbul edilib.   Xatırladaq ki, Beynəlxalq Qarabağ forumu 2015-ci ildə Bakıda təsis olunub. II toplantı İzmirdə, III toplantı Gəncədə, IV toplantı isə Ərdəbildə keçirilib.