Maide.az

Bakıda usta evin damından yıxılaraq ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Salyan rayon sakini Emin Davudov Xətai rayonu ərazisində evin damında təmir işləri apararkən yıxılaraq ölüb.   Faktla bağlı araşdırma aparılır.