Maide.az

Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.   "Report"un məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.   Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.   Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib. /