Maide.az

Bakıda tıxac var: Avtobuslar gecikir

Hazırda əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.   Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var. Fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalırını xahiş edirik.   Sıxlıq olan küçələr aşağıda qeyd olunanlardır:   Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol Ağa Neymətulla küçəsi Akademik Həsən Əliyev küçəsi Koroğlu Rəhimov küçəsi Təbrik küçəsi Ziya Bünyadov prospekti Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi Tbilisi prospekti