Maide.az

Bakıda tramvaylar bərpa oluna bilər?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:   “İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.   Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.