Maide.az

Bakıda tikinti sərgisi keçirilir

Bu gün, oktyabrın 18-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunan – XXIII Azərbaycan Beynəlxalq İnşaat «WorldBuild Baku 2017» sərgisi öz işinə başlayıb.   Sərgi oktyabrın 21-nə kimi davam edəcək.   «WorldBuild Baku» sərgisi tikinti, memarlıq, layihələndirmə və təmir işləri sahəsində təşkil olunan tədbirdir.   Sərginin təşkilatçıları qismində «Iteca Caspian» və onun tərəfdaşı - Böyük Britaniyanın «ITE Group» şirkəti çıxış edir.   Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Bəzi ölkələr sərgidə öz milli pavilyonları ilə təmsil olunurlar.