Maide.az

Bakıda təmizlik işləri aparan qadını avtomobil vurub öldürdü

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır