Maide.az

Bakıda subasma sahələri aktivləşib - NAZİRLİK

Bakının subasma sahələrində vəziyyət açıqlanıb.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsində və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında atmosfer yağıntılarının təsirindən aktivlik baş verib.   Ekspedisiya rəisi qeyd edib ki, Maştağa – Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat - Məhəmmədi,  Savalan və Qala qəsəbəsində subasma sahələrində də aktivlik müşahidə olunur.