Maide.az

Bakıda saxta dollar satmaq istəyən şəxs saxlanılıb

Bakıda saxta pul satmaq istəyən şəxs tutulub.   Maide.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Nərimanov rayonu ərazisindəki valyuta mübadiləsi şöbələrindən birində Bakı şəhər sakini Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb və 16-cı Polis Bölməsinə təhvil verilib.   Faktla bağlı araşdırma aparılır.