Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb
Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qizi yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır. (report) /