Maide.az

Bakıda sərnişin metronun pilləkənindən yıxılaraq ağır xəsarət alıb

  Yaralı xəstəxanaya yerləşdirilib   Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.   Verilən məlumata görə, hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.   Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.   Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır. (report) /