Maide.az

Bakıda İranın ixtisaslaşmış sərgisi keçiriləcək

Sentyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində İran İslam Respublikasının sayca ikinci ixtisaslaşmış sərgisi keçiriləcək. “İran Project 2016” adlı sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirəcək.