Maide.az

Bakıda İranın ikinci ixtisaslaşmış sərgisi təşkil olunacaq

İranın “İran Proje-2016” neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə II ixtisaslaşmış sərgisi sentyabrın 19-21 tarixlərində "Baku Expo Center"də keçiriləcək.   Səfirlikdən Maide.Az-a bildiriblər ki, sərgi çərçivəsində Azərbaycan-İran biznes forumunun keçirilməsi də nəzərdə tutulur.   Biznes forum 20 sentyabr tarixində saat 19:00-da Hilton hoteldə keçiriləcək. /