Maide.az

Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldı

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb.   08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.   Maide.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bu faktı təsdiqləyib.   Qurum rəsmisi bildirib ki, səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyini bilməyib. Nəticədə qatar onu vurub. Oğlan hadisə yerində keçinib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyirlər, qatarların hərəkəti bərpa edilib". /