Bakıda qəza sıxlığa səbəb olub
Bakıda qəza sıxlığa səbəb olub. Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - kənar yolda "Koroğlu" metrostansiyası istiqamətində (keçmiş "Şəfa" stadionunun qarşısında) yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də həmin istiqamətdə sıxlıq müşahidə olunur.