Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb
Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb. Maide.Az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.