Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakıda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın pilləkən qəfəsində quraşdırılmış 16 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.