Maide.az

Bakıda çoxmərtəbəli yaşayış binasında elektrik sayğacları yanıb

  Bakıda yanğın hadisəsi qeydə alınıb.   APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 1 p.m çıxış kabeli yanıb.   Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. /