Maide.az

Bakıda nişanlı cütlük dəm qazından boğularaq ölüb

Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb.   Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.   Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.   Faktla bağlı araşdırma aparılır.