Maide.az

Bakıda nənə və nəvə maşının altında qaldı

Bakı şəhərinin Nəsimi rayonunda ağır yol qəzası baş verib.     Maide.Az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında “İsuzu” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub.   Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb.   Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.