Maide.az

Bakıda nəhəng yarımstansiya tikilir

Maide.az-ın məlumatına görə, Bakının Xətai rayonundakı Həzi Aslanov qəsəbəsində yeni qapalı tipli yarımstansiya inşa edilir.    “Bakıelektrikşəbəkə” ASC-dən bildirilir ki, köhnə yarımstansiya sökülüb və onun yerində gücü 110/35/6 kvt olan müasir yarımstansiya tikilir.   İki ədəd 40 meqavatlıq transformatorun quraşdırılması nəzərdə tutulur.