Bakıda minik avtomobili yanıb
Bakı şəhərinin Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.