Maide.az

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 nəfər yaralandı

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.   Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42 də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.   Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.