Maide.az

Bakıda İmam Hüseynin (ə) mövlud tədbiri keçirilib

Ötən gün Bakının Binə kəndində vilayət səmasının üçünçü ulduzu, Həzrəti İmam Hüseyn(ə)-ın mövlud günü münasibəti ilə mövlud tədbiri keçirilib.    Maide.Az xəbər verir ki, tədbirdə ruhani alimlər, Əhli-beyt məddahları və Bakı sakinləri iştirak ediblər.   Tədbirdə çıxış edən ruhanilər İmam Hüseyn(ə)-ın keçdiyi həyat yolu, pak şəxsiyyəti və fəzilətləri haqqında məlumat veriblər.   Mövlud Əhli-Beyt məddahlarının şer və nəğmələri ilə davam edib.