Maide.az

Bakıda müəllim şagirdi döydü - uşaq kəllə beyin travması aldı

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.   Maide.Az-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.   Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.